...

Gürcüstan Qazaxıstana Cənubi Qafqaz nəqliyyat dəhlizinin investoru olmağı təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 17:06 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan Qazaxıstana Cənubi Qafqaz nəqliyyat dəhlizinin yalnız iştirakçısı kimi deyil, həmçinin investoru kimi çıxış etməyi təklif edib. Bu təklif cümə axşamı günü Tiflisdə Gürcüstan baş naziri Zurab Noqaidelinin qazaxıstanlı həmkarı Kərim Məsimovla görüşündə edilib.

"Biz Qazaxıstan tərəfinə yalnız yük tədarükçüsü deyil, həmçinin bu nəqliyyat dəhlizinə investisiya qoymağı təklif edirik", - deyə görüşdən sonra Noqaideli jurnalistlərə bildirib. O, qeyd edib ki, dəhlizin işinin yaxşılaşdırılması şərtləri dünən Azərbaycan, Gürcüstan və Qazaxıstan baş nazirlirənin Bakıdakı dünənki görüşündə müzakirə edilməyə başlanıb və bu gün bu proses ikitərəfli formatda Tiflisdə davam etdirilib.

"Biz Qazaxıstandan Cənubi Qafqaz nəqliyyat dəhlizi vasitəsilə yüklərin nəqli üçün hər cür şərait yaradacağıq, biz hər şeyi qaydasına salacağıq və bu yolun yalnız Asiya və Avropa arasında ən qısa yol deyil, həmçinin ən ucuz və effektiv yol olması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün layihənin bütün iştirakçıları və ilk növbədə Azərbaycanla işləyirik. Layihənin həyata keçirilməsi üçün yalnız Tiflisin deyil, Bakının, həmçinin bizimlə əməkdaşlıq edən şirkətlərin qərarı vacibdir", - deyə Gürcüstanın baş naziri qeyd edib. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Məsimov öz növbəsində Qazaxıstanın bu layihəyə həm taxılın, həm də elektrik enerjisinin nəqli üçün marağını təsdiq edib, lakin "bu məsələ bütün tərəflərin iştirakı ilə həll olunmalıdır".

Noqaideli isə əlavə edib ki, Qazaxıstanın iştirakı və Cənubi Qafqaz dəhlizi ilə hərəkət edəcək yüklərin həcmi istehlakçılar üçün yaradılacaq "şərtlərdən asılıdır". "Biz bu cür şərait yaratmağa çalışacağıq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti