...

Nazir:Azərbaycan Kurqan vilayəti ilə əməkdaşlıq prioritetlərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 18:46 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti və Rusiya Federasiyasının Kurqan vilayətinin adminstrasiyası arasında danışıqlar uğurla keçib. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Görüşlərin yekununda Azərbaycan hökuməti və Kurqan vilayəti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə protokol və sazişin imzalanması gözlənilir.

Rusiya nümayəndə heyəti Kurqan vilayətindəki proseslər, həmçinin iqtisadiyyatın inkişafı vəziyyəti və emal sənayesinin səviyyəsi barədə məlumatlandırıb.

"Onlar aprelin 13-də Kurqan vilayətində istehsal olunan məhsullar, potensial haqda geniş təqdimat keçirmək niyyətindədir. Biz bu vilayətdə istehsal olunan məhsullara marağımızı müəyyən etmişik və sabah onlar texniki şərtlər və dəyər barədə bizi məlumatlandıracaqlar", - deyə nazir bildirib.

Nümayəndə heyətinə 60 nəfər, o cümlədən yanğın əleyhinə texnika, boru istehsalı sahəsindən olan biznes-dairələrin nümayəndələrindən ibarətdir.

"Kurqan vilayətində çox keyfiyyətli və böyük çeşiddə sənaye məhsulları istehsal olunur", - deyə H.Babayev bildirib.

2006-cı ilin yekunlarına əsasən, vilayət və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyon dollar təşkil edib. Nazirin fikrinə görə, bu nə az, nə də çoxdur. Lakin hər iki tərəfdən bu göstəricinin artılımasına böyük maraq var, belə ki, bu, Rusiya ilə ümumi mal dövriyyəsinə müsbət təsir edəcək.

Xəbər lenti

Xəbər lenti