Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycanın milli iqtisadiyyatı bu gün ÜTT-yə daxil olmağa hazır deyil. Bu barədə cümə axşamı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə daxil olmasının ölkə iqtisadiyyatının bu və ya digər sahəsinin rəqabət qabiliyyətindən asılı olaraq müsbət və mənfi tərəfləri olacaq. Müsbət təsir kimi istehlak malları qiymətinin aşağı düşməsini, dünya standartlarına keçidlə əlaqədar məhsulların keyfiyyət artımını qeyd etmək olar.
"Gömrük prosedurları təkmilləşdiriləcək, həmçinin korrupsiya halları azaldılacaq", deyə o, bildirib.
Müsbət təsirlərə gəldikdə, yüksək rəqabət qabiliyyəti olmayan sahələr ciddi ziyan çəkəcək.
"Bura aqrar və maliyyə sahəsini, əsasən də bank və sığorta sahəsini aid etmək olar. Dövlət büdcəsinin gəlirləri azalacaq", - İbadoğlu bildirib.
ÜTT 1995-ci ildən mövcuddur, təşkilata 148 ölkə, həmçinin 1997-ci ildən Azərbaycanın daxil olduğu 30 müşahidəçi ölkə daxildir.