...

Ekspert: "ABŞ dollarının məzənnəsinin düşməsi davam edəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 15:06 (UTC +04:00)
Ekspert: "ABŞ dollarının məzənnəsinin düşməsi davam edəcək"

Azərbaycan, Bakı/ Trend / Mart ayında ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə 0,8688 $1/AZN-dən 0,2 faiz aşağı düşərərk 0,8671 $1/AZN olub.

Milli valyutanın dollara nisbətdə birja məzənnəsi mart ayında 0,8679 $1/AZN, fevral ayında isə 0,8697 $1/AZN təşkil edib. Son bir il ərzində dolların manata nisbətdə birja məzənnəsi 4,62 faiz aşağı düşüb.

Trend analitik mərkəzin eksperti Leyla Abdullayevanın fikrincə, dolların məzənnəsinin düşmə meyli davam edəcək ki, bunun da səbəbləri var.

"Əgər İranda hərbi əməliyyatlar başlasa, bu ABŞ-ın qeyri-istehsal xərclərinin qə artmasına sabəb olacaq ki, bu da inflyasiyaya və digər valyutalara nisbətən dolların məzənnəsinin düşməsinə gətirib çıxaracaq. Bununla yanaşı, müharibənin özü yox, olmaq təhlükəsi belə artıq təsir edir və dolların məzənnəsinin düşməsinə təsir etməkdə davam edəcək" - deyə Abdullayeva söyləyib.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsinin artması kapital axını və nağd pulun artmasına səbəb olacaq ki, bu da əlavə inflyasiya təzyiqi deməkdir.

Abdullayeva hesab edir ki: "Manata nisbətdə dolların məzənnəsinin aşağı düşməsi istehsala və ixracın stimullaşdırılmasına mənfi təsir göstərən amildir".

Azərbaycan istehsalçıları rəqabətqabiliyyətlilikdə daimi təzyiq hiss edəcəklər. Bu ölkəyə mal idxal ilə məşğul olan şirkətlərin xeyrinədir.

"Dolların devalivasiyası digər bazarlara da təsir edəcək. Amerik valyutası ucuzlaşdığına görə, dollarla satılan malların, metal (qiymətli metallar da daxil olmaqla), neft, kənd təsərrüfatı məhsullarının, xam malın qiyməti artacaq" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti