...

Statistikanın təkmilləşdirilməsinə dair yeni dövlət proqramı Avropa Qonşuluq Siyasətinin tələblərinə uyğun hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Dövlət Statistika Komitəsi dövlət statistikasının təkmilləşdirilməsi istiqamətində beş il müddətinə hesablanmış (2008-2012) yeni dövlət proqramı hazırlayıb. Komitə sədri Arif Vəliyevin cümə axşamı verdiyi məlumata görə, yaxın günlərdə bu proqram Nazirlər Kabinetinə təqdim olunacaq.

Proqram Avropa Qunşuluq siyasətinə uyğun olaraq metodoloji baza və tapşırıqların yerinə yetirilməsi və dövlət statistikasının təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət Komitəsi bu sahədə Avropa standartlarını tətbiq etməyə başlayan Polşa və Macarıstan statistikləri ilə əməkdaşlıq edir. A.Vəliyev bildirib ki: "Bizdə olmayan müəyyən məlumatları yeni hesabatlar və ya əlavə göstəricilər hesabına daxil etməyə hazırlaşırıq".

Hazırda kommunikasiya məsələləri və innovasiya proseslərinə ciddi fikir verilir ki, bu da yeni proqramda öz əksini tapıb. Hazırda innovasiya proseslərinə dair 26 göstərici olsa da, Azərbaycanda hələ ki, bunların yarısı tətbiq olunur.

Proqram işlənilməsi zamanı MDB ölkələrinin, xüsusilə də Rusiyanın təcrübəsindən istifadə olunub. Məsləhətləşmələr isə Avropa, İsveç, Polşa, Macarıstan statistikləri ilə aparılıb.

Azərbaycanda mövcud olan beş illik proqramın müddəti 2007-ci ildə başa çatır. Bu müvafiq sahədə həyata keçirilən sayca üçüncü proqramdır.

Xəbər lenti

Xəbər lenti