...

Azərbaycanın nəqliyyat nazirinin müavini İsveçrədə danışıqlar aparıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2007 14:54 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov İsveçrədə keçirilən BMT-nin iqtisadi komissiyasının 62-ci sessiyasında iştirak edib. Bu barədə şənbə günü telefon vasitəsilə müsahibəsində Berndən Azərbaycanın Cenevrədəki səfiri, BMT-nin Cenevrə şöbəsindəki və beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Onun sözlərinə görə, nazir müavini Azərbaycanda reallaşdırılan geosiyasi nəqliyyat layihələri ilə bağlı məruzə ilə çıxış edib.

Pənahov həmçinin nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün isveçrəli həmkarları ilə görüşüb.

Azərbaycanın Nəqliyyat Nazirliyi 2003-cü ildə yaradılıb. Nəqliyyat naziri Ziya Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti