...

Ekspert: "Azərbaycanın lizinq bazarı əhəmiyyətli tərəqqiyə ümid bəsləyə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 12:58 (UTC +04:00)
Ekspert: "Azərbaycanın lizinq bazarı əhəmiyyətli tərəqqiyə ümid bəsləyə bilər"

Azərbaycan,Bakı/ Trend /Azərbaycanda lizinq inkişafının 4 ili ərzində şirkətlərin sayı üçdən 25-dək artıb, bazarın həcmi isə birinci rübün yekunlarına əsasən 80 mln. dollara çatıb.

Bazar ertəsi Trend Analitik Mərkəzin eksperti Leyla Mircavadovanın bildirdiyinə görə, bu gün ölkədə lizinq ƏDV tətbiqi ilə bağlı problemlərə, sürətli amortizasiya metodikasının ləğvinə və bu sahədə mühasibat uçotu standartlarının olmamasına baxmayaraq, sürətlə inkişaf edən biznesdir.

"Kənd təsərrüfatında lizinqin təxirəsalınmadan tətbiqinin vacibliyi hiss olunur" - deyə Mircavadova bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin araşdırmalarına əsasən, bu gün yenidən təşkil olunmuş kolxoz və sovxozların özəlləşdirilməsindən sonra texniki parkın 90%-i fiziki və mənəvi baxımdan aşınıb.

Hesablamalara görə, 2015-ci ilədək ölkədə 30 min traktor, 25 min yük maşını, 4 min taxılyığan, 1,5 min yemyığan və 21 min pambıqyığan kombaynın yeniləşdirilməsinə ehtiyac var. Bütün bu texnikanın dəyişdirilməsi üçün 500 mln. dollaradək vəsait tələb olunur.

"Lizinqin bu gün dünya səviyyəsində rəqabət qabiliyyətli məhsulların buraxılışını təmin edən istehsalatın genişləndirilməsi və yaradılması, əlavə iş yerlərinin açılması, vergi halında yığmalar və s. təmin edən bir sahə olduğu aydındır" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, lizinqin investisiya xarakterli olmasını nəzərə alaraq, Azərbaycanda lizinqin inkişafının təşviqi üçün həyata keçirilən bütün tədbirlər ölkənin rifahına yönəldilib. "Əgər daha çox aktual problemlərin öhdəsindən gəlmək mümkün olsa, Azərbaycanın lizinq bazarı əhəmiyyətli tərəqqiyə ümid bəsləyə bilər" - deyə Mircavadova bildirib.

Xəbər lenti

Xəbər lenti