...

Dövlət Komitəsinin sədri: "Qeyri-qanuni olaraq zəbt edilən torpaqlardan çıxarılan vətəndaşlara kompnesasiya verilməyəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 17:48 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Qeyri-qanuni olaraq zəbt edilən torpaqlardan çıxarılan vətəndaşlara kompnesasiya verilməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bələdiyyələr dövlətin balansında olan torpaqları qeyri-qanuni olaraq satırlar. Bu barədə bazar ertəsi Bakıda Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

O qeyd edib ki, satılan torpaqlar bələdiyyələrə məxsus olmadığına görə onu alanlara Dövlət Komitəsi tərəfindən texniki pasportlar verilmir.

"Vətəndaşlar bələdiyyənin verdiyi qeyri-qanuni sərəncamı sənəd hesab edirlər. Ona görə də biz belə sənədlər əsasında texniki pasportlar vermirik. Belə sənəd verənlər barədə ciddi tədbirlər görüləcək", -deyə komitə sədri əlavə edib.

Onun sözlərinə görə, qanunla dövlət torpaqları alqı-satqı predmeti deyil.

Komitə sədri deyib ki, bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılır və müvafiq sturukturlara məlumat verilir.

Məmmədov bildirib ki, qeyri-qanuni olaraq torpaq sahələrini zəbt etmiş və sonradan oradan çıxarılan vətəndaşlara heç bir kompensasiya verilməyəcək.

Xəbər lenti

Xəbər lenti