...

Nazir: Azərbaycanın Tarif Şurası yaşayış-kommunal xidmətlərə görə tariflərin dəyişdirilməsini təxirə salıb (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 17:32 (UTC +04:00)
Nazir: Azərbaycanın Tarif Şurası yaşayış-kommunal xidmətlərə görə tariflərin dəyişdirilməsini təxirə salıb (video)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Tarif Şurası yaşayış-kommunal xidmətlərə görə tariflərin dəyişdirilməsini bu sahədə islahatlara başlanana qədər təxirə salıb. Bu barədə cümə axşamı mətbuat konfrasında şuranın rəhbəri, iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Qeyd edək ki, TŞ-nin mayın 14-də keçirilmiş iclasında lift istifadəsi, təmizlik işləri (zibilin yığılması və istifadə edilməsi), ictimai yerlərdə işıqlandırma, yaşılaşdırma və digər kommunal xidmətlərə olan tariflərin nizamlanması məsələlərinə baxılıb.

"Kommunal sahənin bu gün islahatlara ehtiyacı var və biz hesab edirik ki, kompleks yanaşma lazımdır. Yeni yaşayış massivlərini çıxmaq şərtilə bu sahədəki vəziyyət qənaətbəxş deyil", - deyə nazir bildirib.

Buna görə də bu sahədəki tariflər sonuncu mərhələdə artırılacaq, ilk növbədə struktur dəyişdirilmə işlərinin aparılması planlaşdırılır.

Nazirin sözlərinə görə, islahatlar müxtəlif olur və onların istiaqəmtləri fərqlənir. Məsələn, məişət tullantıları üzrə həm institusional islahatlar tələb olunur, həm də xidmətlərin də islahatlara ehtiyacı var. Liftlərə gəldikdə, onların mülkiyyət formasını müəyyənləşdirmək lazımdır. Mənzil-kommunal təsərrüfatının mülkiyyət forması haqqında məsələ də həll olunmamış qalır.

"Nazirliyin mövqeyi islahatlardan sonra tariflərin nəzərdən keçirilməsinə qayıtmaqdan ibarətdir", - deyə Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti