...

Azərbaycanın dövlət sığorta nəzarəti Gürcüstanda törəmə şirkətlər açmaq istəyən yerli qurumlara mane olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 13:26 (UTC +04:00)
Azərbaycanın dövlət sığorta nəzarəti Gürcüstanda törəmə şirkətlər açmaq istəyən yerli qurumlara mane olmayacaq

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın dövlət sığorta nəzarəti Gürcüstanda törəmə şirkətlərini açmaq qərarına gələn yerli qurumlara maneə yaratmayacaq. Bu sözləri şənbə günü Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilov deyib.

Qeyd edək ki, bu həftə Tbilisidə keçirilən konfransda çıxış edən Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov gələcəkdə Gürcüstanda Azərbaycanın sığorta şirkətlərinin meydana ələcəyini istisna etməyib.

Xəlilovun fikrincə, yerli sığorta şirkətləri üçün beynəlxalq bazara çıxmalarında ən böyük maneə onların maliyyəsidir. Bu gün sığorta şirkətləri üçün nəzərdə tutulan minimal nizamnamə kapitalının həcmi təxminən 700 min manat təşkil edir.

"Yüksək maliyyə yoxdursa, deməli peşəkar şirkət də yoxdur" - deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti