...

Azərbaycan, Qazaxıstan və Gürcüstan neft daşımaları tariflərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qazaxıstan neftinin Azərbaycan və Gürcüstan ərazisi ilə nəqli tarifləri bu həftə Tbilisidə Gürcüstan, Azərbaycan və Qazaxıstan nəqliyyat nazirləri arasında keçirilən görüşün əsas müzakirə predmeti olub. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyindən cümə günü verilən məlumatda deyilir.

Görüşdə həmçinin Gürcüstanın Poti limanında (Qara dəniz) taxıl terminalının tikintisinin davam etdirilməsi və dəmir yol daşımalarının inkişaf perspektivi müzakirə olunub. Müzakirələrdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Serik Axmetov iştirak edib.

Xəbər lenti

Xəbər lenti