Azərbaycan, Bakı/ Trend / Yanvar-aprel aylarınada Naxçıvan MR-də nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 2363,4 min yük və 14627,7 min sərnişin daşınıb. Bu barədə cümə axşamı NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
2006-cı ilin müvafiq dövrü ilə müqayisədə yükdaşıma 11,8 faiz, sərnişindaşıma 9,7 faiz artıb.
Xidmətlərdən 8212,5 min manat həcmində gəlir alınıb ki, buda 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.
Yükdaşımanın 99,6 faizi (2353,9 min ton), sərnişindaşımanın 94,3 faizi (13787,9 min nəfər), ümumi gəlirin 78 faizi (6403,8 min manat) özəl müəssisələrin payına düşüb.
Özəl sektorda yükdaşımanın bütün həcmi, sərnişindaşşımanın 99,9 faizi avtomobil nəqliyyatı hesabına həyata keçirilib.
Yanvar-mart ayları ərzində Muxtar Respublikanın nəqliyyat sektorunda çalışanların sayı 3090 nəfər olub.