...

Azərbaycan prezidenti Simens şirkətinin idarə heyətinin üzvünü qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Simens Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü Rudi Lamprexti qəbul edib. Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, son illər dövlətin müxtəlif sahələrdə inkişafı istiqamətində ciddi işlər görülür, çoxlu layihələr həyata keçirilir. Azərbaycan prezidenti qeyd edib ki, respublikanın əsas prioritetlərindən biri qeyri-neft sektorunun inkişafı, xarici şirkətlər üçün lazımi şəraitin yaradılmasıdır.

Lamprext bildirib ki, Azərbaycan iqtisadi inkişafın sürətinə görə çox yüksək göstəricələrə nail olub. O, prezidentə Simens şirkətinin Azərbaycanla gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti