...

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçıları Türkiyədə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 21:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İyunun sonunda Qara dəniz Bqtisadi Əməkdaşlıq Təşkilatının 15 illiyi ilə bağlı Türkiyədə sammitin keçirilməsi gözlənilir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Hazırda QİƏT dövlət başçılarının görüşünə hazırlıq işləri aparılır. Sammitdə təşkilatın işi ilə bağlı ümumi məsələlərə və təşklatın fəaliyyətinin effektivliyini artırmaq üçün mümkün dəyişikliklərə baxılacağı gözlənilir.

Ötən il Moskvada keçirilən görüşdə Azərbaycan tərəfi təşkilatın strukturunun müasirləşdirilməsi üçün QİƏT-in nizamnaməsində dəyişikliklər edilməsi məqsədilə yüksək səviyyəli ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Hazırlanan bu dəyişikliklər isə baxılmaq üçün dövlət başçılarının sammitinə təqdim olunmalıdır.

"Əgər ekspertlər tələb olunan təklifləri hazırlaya bilsələr, o zaman təsdiq olunmaq üçün dövlət başçılarına təqdim olunacaq",-deyə Məmmədquliyev bildirib.

Onun fikrincə, QİƏT-in strukturunun müasirləşdirilməsi istiqamətində mühim uğurlar yoxdur, amma bu istiqamətdə danışıqlar aparılmasını uğur hesab etmək olar.

İlkin dövrdə bu, çox da bəyənilmirdi və hesab olunurdu ki, təşkilatın mövcud strukturunda hər şey qaydasındadır. Amma Azərbaycanın təkidi nəticəsində təşəbbüs digər ölkələr tərəfindən də dəstəkləndi.Təşkilatın inkişafına QİƏT nizamnaməsində olan maneə və çatışmazlıqların aradan qaldırılması yolu ilə nail olmaq təklif olunur.

2007-ci ilin aprelində QİƏT-ə rəhbərlik Serbiyaya verilib (Daha öncə təşkilata Türkiyə rəhbərlik edirdi).

Xəbər lenti

Xəbər lenti