...

"Citigroup" Azərbaycanda nümayəndəliyini açmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, nəhəng beynəlxalq korporasiya olan "Citigroup" Azərbaycanda nümayəndəliyini açmaq istəyir. Azərbaycanda nümayəndəlik açmaq barədə niyyəti nazir Heydər Babayevlə görüşündə şirkətin baş meneceri Vinfred Bişof bildirib.

Babayev bildirib ki, Azərbaycan tərəfi nümayəndəliyin açılması və gələcək əməkdaşlıq üçün hər cür şərait yaradacaq.

"Citigroup"un nümayəndə heyətinin tərkibinə həmçinin Turkiyə, İsrail və MDB üzrə baş menecer Stiv Bideşi, dövlət sektorunda aparılan əməliyyatlar üzrə departament qrupunun direktoru Hay Harrinqton və İstanbul ofisinin vitse-prezidenti Dilek Dəmir daxildir.

Nazir bildirib ki, əlverişli sərmayə mühiti xarici şirkətlər üçün sərfəlidir. Bu günə qədər ölkə iqtisadiyyatına qoyulan 37,7 mlrd. dollar sərmayənin 70% ni (26,6 mlrd. dollar) xarici sərmayə təşkil edir.

"Citigroup" dünyada maliyyə xidmətləri sahəsində dünya liderlərindən və ən gəlirli maliyyə təşkilatlarından biridir. Şirkət 7 aprel 1998-ci ildə "Citicorp" və "Travellors Group"un birləşməsi nəticəsində yaranıb. Bank ABŞ-ın həcmi 1,9 trillion olan aktivlərini idarə edir. "Citigroup" ABŞ xəzinəsinin qiymətli kağızlarının əsas dileridir.

Xəbər lenti

Xəbər lenti