...

QTİB Azərbaycanda yüksək səviyyəli biznes mərkəzinin tikintisini maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Qara dəniz ticarət və inkişaf bankı (QTİB) ilə 12 mln. dollar kreditin ayrılması barədə ilkin razılığa gəlib. Bu baraədə çərşənbə günü ABB idarə heyətinin sədr müavini Əsgər Məmmədov məlumat verib. Bu vəsaitlər yüksək səviyyəli biznes mərkəzinin tikilməsi üzrə ikinci layihənin maliyyələşdirilməsi üçün ayrılacaq.

"Layihə QTİB-in ticari maliyyələşdirməsindən kənar həyata keçiriləcək. Yeni kreditin həm QTİB, həm də ABB idarə heyəti tərəfindən bəyənilməsi qalıb", - deyə Məmmədov söyləyib.

QTİB-in ayırdığı kredit hesabına şüşə zavodunun tikintisi maliyyələşdirilib və bu layihə başa çatma mərhələsindədir.

Sədr müavininin sözlərinə görə, Beynəlxalq Bank QTİB-in ticari maliyyələşdirmə üçün ayırdığı 6,5 mln dollar həcmindəki kredit xəttindən istifadə etməkdə davam edir. "Xətt daim doludur. Belə ki, Qara dəniz hövzəsində olan 12 ölkənin hər biri ticarət partnyorudur. Xüsusilə Türkiyə, Ukrayna və Rusiya ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün bu kredit xətindən geniş istifadə edir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti