...

Gəncədə torpağın qiyməti 20%-ə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu ilin beş ayı ərzində Gəncədə həyət evləri və torpağın qiyməti 10-20% artıb. Bu barədə çərşənbə axşamı Qərb regionunda daşınmaz əmlakın qiymətləndirilməsi və monitorinqini aparan "V.E.R Consultations" MMC-nin Gəncə filialının mütəxəssis-eksperti Ceyhun Əliyev məlumat verib. Onun sözlərinə görə, Gəncədə bir sot torpağın qiyməti təxminən 4500-5000 dollardır. Əliyev bildirib ki, bina mənzillərinin qiymətində isə 5-6% artım qeydə alınıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti