...

Ekspertlər növbəti 3 il ərzində Azərbaycan əhalisinin orta aylıq əmək haqqının artacağını proqnozlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend Ü.İsmaylova/ Əhalinin Sosial Yardım Fondunun rəhbəri Səlim Müslümovun sözlərinə görə, ekspertlər hesab edirlər ki, növbəti 3 il ərzində Azərbaycan əhalisinin orta aylıq əmək haqqı hər il minimum 25% olmaqla artacaq. Müslümov qeyd edib ki, bu artım əsasən dünya neft bazarında olan qiymətdən və dövlət büdcəsinin gəlirlərindən asılı olacaq.

"Beynəlxalq ekspertlərə inansaq, yaxın gələcəkdə neftin qiymətinin kəskin düşməsi gözlənilmir, əksinə, artım proqnozlaşdırılır" - deyə o bildirib.

Azrbaycanın cari il büdcəsində neftin qiyməti $50/barr. dəyərində müəyyən olunub.

Bu qiymətə əsaslanaraq əhalinin real pul gəlirləri, yəni əmək haqqı, təqaüd, sosial müavinətlər nəzərdə tutulur.

Müslümov bildirib ki, iqtisadiyyatın sosial sahəsinin inkişafına əsasən Azərbaycan prezidentinin keçən il imzaladığı sosial obyektlərin özəlləşdirilməsi haqqında sərəncam səbəb olub. Siyahıya 400-dən çox sosial obyekt daxildir (təhsil, səhiyyə, mədəniyyət obyektləri, yeni poliklinikalar, uşaq bağçaları, kinoteatrlar).

Sosial Fond rəhbərinin sözlərinə görə, bu obyektlərin özəlləşdirilməsi sayəsində hökumətin yükü azalacaq, vəsaitlərə qənaət ediləcək, digər sahələrdə investisiya qoyulması təmin ediləcək, həmçinin müəllimlərin və həkimlərin əmək haqqının maliyyələşdirilməsi sistemi təkmilləşəcək.

Xəbər lenti

Xəbər lenti