Azərbaycan, Bakı / Trend /İyunun 22-dən "Rabitəbank" ASC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılır. Bu barədə Bakı Fond Birjasının cümə axşamı yaydığı məlumatda bildirilir.
Emissiyanın həcmi 2 mln. manat, bir istiqrazın nominal dəyəri isə 200 manat təşkil edir. İstiqrazlar üzrə gəlir 14,5 faiz, dövriyyə müddəti isə 450 gündür.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi yazılma üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. İstiqrazların yerləşdirilməsinin anderrayter rolunda "Azəriqazbank" çıxış edəcək.