...

Yanvar-aprel aylarında sement idxalı ötən ilki göstəricini 48,2% üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-aprel ayları ərzində Azərbaycana 414,5 mln. kVt/saat elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin müvafiq dövründən 21,1% çoxdur. İdxal olunan elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 37,1 % az, 11,2 mln. dollar olub.

Yanavar-aprel aylarında idxal olunmuş ümumi məhsullardan sement klinerinin (odadavamlı kərpiç) payına 17,4 mln. dollara 308,2 min ton düşüb.

Idxal olunmuş sementin həcmi 16,2 mln dollar (2006-cı ildən 70,7% çox) həcmində 325,3 min ton (ötən ildən 48,2 faiz çox) olub.

Xəbər lenti

Xəbər lenti