...

Rabitəbank-ın istiqrazlarının yerləşdirilməsi tarixi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Rabitəbank" ASC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsi texniki səbəblərə görə 25 iyuntarixinə keçirilib. Bu barədə cümə günü Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib. Yerləşdirmə daha öncə iyunun 22-nə təyin olunmuşdu.

Tarixin dəyişdirilməsinə baxmayaraq emitentin emissiya prospektində heç bir dəyişiklik olmayıb.

Emissiyanın həcmi 2 mln. manat, bir istiqrazın nominal dəyəri 200 manatdır. Istiqraz üzrə gəlirlilik 14,5 %, tədavül müddəti isə 450 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "Azəriqazbank" SİB çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti