...

Azərbaycanın sığorta şirkəti Moody’s-dən məsləhətçilər gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Paşa Sıgorta şirkəti iyulun əvvəlində Moody's-dən məsləhətçilər gözləyir. Məqsəd ISO-9001 beynəlxalq keyfiyyət sertifikatının alınması ilə bağlı işlərin yekunlaşdırılmasıdır.

Bu barədə çərşənbə günü Paşa Sığorta-nın baş direktor müavini Nofel Rzayev məlumat verib.

Onun sözlərinə görə, Moody's şirkətinin məsləhətçiləri Paşa Sığorta-nın idarəçiliyinin daxili auditi ilə bağlı işləri yekunlaşdırdıqdan sonra şirkətin korporativ idarəçiliyinin inkişafının hüquqi və maliyyə aspektlərini nəzərdən keçirəcəklər.

Paşa Sıgorta 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 28 növdə sığorta xidməti təklif edir. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti