...

Vergi orqanları Azərbaycan bazarında aksiz markalarının tətbiqinə nəzarət reydlərini davam etdirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir. Cümə günü nazirliyin yaydığı məlumata əsasən, iyulun 6-na qədər 9131 obyektdə nəzarət tədbirləri keçirilib, bu zaman həmin obyektlərdən 497-də qanunvericiliyin pozulması faktları aşkar olunub.

Nəzarət tədbirləri zamanı dəyəri 103986 manat olan 68106 ədəd aksiz markası ilə müvafiq qaydada markalanmamış mal aşkar olunub. Bu malların 8721 ədədi tütün məmulatı, 59385 ədədi alkoqollu içkilərdir.

Operativ nəzarət tədbirləri davam edir.

Xəbər lenti

Xəbər lenti