...

Tbilisidə "Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstan hissəsinin tikintisi müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 10:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Cümə günü Tbilisidə "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisi layihəsinin reallaşması üzrə İşçi qrupun görüşü keçiriləcək. Gürcüstanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş layihənin maliyyələşməsi məsələləri ilə məşğul olan ekspertlər qrupu səviyyəsində keçiriləcək.

Bu gün Azərbaycan və Türkiyənin Nəqliyyat nazirlikləri və Gürcüstanın İqtisadiyyat Nazirliyi dəmir yolunun Gürcüstan hissəsinin maliyyələşməsi məsələlərini müzakirə edəcəklər. Əsas məsələ dəmir yolunun Gürcüstan hissəsi üçün Azərbaycan Beynəlxalq Bankı tərəfindən 50 mln. dollar həcmində ilk tranşın ayrılması olacaq.

Bu vəsait "Mardaba-Kartsaxi" yolunun tikintisinə sərf olunacaq. Türkiyənin "Yuksel Domonik" şirkəti dəmir yolunun Gürcüstan hissəsinin tikintisi layihəsinin hazırlıq işlərini başa çatdırıb. Bu layihə də Tbilisidə ekspertlər tərəfindən müzakirə olunacaq.

Sonra isə dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün podratçını müəyyən etmək üçün tender keçiriləcək. Gürcüstan üçün Azərbaycan bankı tərəfindən 200 mln. dolların ayrılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti