...

Ekspert: Azərbaycanın qiymətli kağızları, şübhəsiz, dünya maliyyə sisteminə daxil olacaq (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 18:37 (UTC +04:00)
Ekspert: Azərbaycanın qiymətli kağızları, şübhəsiz, dünya maliyyə sisteminə daxil olacaq (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı/ Trend /Ölkə hökumətinin müstəqil avrobondların buraxılması istiqamətində aktiv fəaliyyəti Azərbaycan bankları və iri şirkətlərinin yerli bazarlardan kənara çıxması və xaricdən uzunmüddətli maliyyələşdirilmələrin cəlb olunmasına təkan verib.

Məsələn, son aylarda bu hesabda ARDNŞ öz planlarını bölüşüb. ARDNŞ avrobondların buraxılması məqsədilə ilin sonuna qədər reytinq alınması üçün Citi Group-un xidmətlərindən istifadə etməyi planlaşdırır. Neftin qiymətlərinin belə yüksək olması, ixrac üçün vəziyyətin yaxşı olması avrobondların buraxılışı üçün ARDNŞ-ə əsas nazmizəd olmağa imkan verir.

Bundan başqa, "Azərbaycan investisya şirkəti" Səhmdar Cəmiyyəti 2009-cu ilə öz avroistiqrazlarının buraxılışını planlaşdırır. Bunun üçün proqram çərçivəsində şirkət 2007-ci ildə kredit resurslarının cəlb olunması, 2008-ci ildə isə Moody's Investor Services və Fitch Ratings agentliklərindən reytinq alınmasını planlaşdırır.

Banklara gəldikdə isə, Azərbaycan Beynəlxalq Bankı (ABB) artıq 2007-ci ildə 200 mln. dollar dəyərində avrobondların buraxılışını planlaşdırır. 2007-ci ilin sonuna qədər Kapital Bank da 12 mln. manat dəyərində avroistiqraz buraxacaq.

Amma qeyd etmək lazımdır ki, hələlik avro istiqraz emissiyası Azərbaycanın azsaylı iri müəssisələri üçün əlverişlidir. Hər şeydən öncə ona görə ki, beynəlxalq bazarda ölkənin riski şirkətlərin riskindən daha mühümdür. Yalnız yüksək reytinqə malik olan iri şirkətlər inkişaf edən bazara investisiya cəlb etmək qabiliyyətindədirlər. Yalnız yerli bazarda məşhur olan şirkətlərə adətən avrobazara çıxmaq çətin olur.

Dünya təcrübəsi göstərir ki, hökumət avro istiqrazlarını korporativ avro istiqrazlar bazarnda güc toplamamışndan öncə buraxmaq lazımdır. Problem ondadır ki, əgər ölkədə dövlət istiqrazları buraxılmayıbsa, xarici investorları cəlb etmək çətindir.

Azərbaycan hökumətindən də qeyd ediblər ki, ilk dövlət avrobondlarının yerləşdirilməsi Azərbaycan qiymətli kağızlarının xarici bazarlara gələcək çıxışı üçün baza şərtlərini müəyyənləşdirəcək. Maliyyə Nazirliyini avrobondlar üçün müəyyən etdiyi faiz dərəcəsi korporativ avrobondlar üçün baza olacaq.

Korporativ avrobondların uğuru hökumət avroistiqrazlarının debüt buraxılışının uğuru və məşhur reytinq şirkətlərinin qiymətləndirməsindən asılıdır. Amma şübhə yoxdur ki, Azərbaycan qiymətli kağızları dünya maliyyə sisteminə daxil olacaq. Onlara əsas tələb dünya ictimaiyyətinin Azərbaycan iqtisadiyyatına daima artan marağı olacaq.

Maliyyə Nazirliyi tərəfindən ilk avrobond buraxılışı 2007-ci ilin sentyabr-oktyabr aylarına planlaşdırılıb.

2007-ci il Dövlət Büdcəsi haqqında prezident sərəncamında avrobond emissiyasının həyata keçirilməsi üçün 249 mln. manat vəsait nəzərdə tutulub. Ilkin şərtlərə görə, avroistiqrazlar 5 faizə qədər və 5 il müddətinə buraxılacaq.

(Ellada Xankişiyeva - Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti