...

Moody's Investors Service Bank Standard-a B1 reytinqi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi "Bank Standard"a milli və xarici valyutalarda qısa, habelə uzun müddətli depozitlər üzrə "B1", maliyyə sabitliyi üzrə isə "E+" reytinqi verib. Bu barədə bankın məlumatında göstərilib.

"Moody's Investors Service"nin tövsiyələri bankın korporativ inkişafı və onun keyfiyyətinin artırılmasına dair planlarımıza tamamilə uyğundur" - deyə Bank Standard idarə heyətinin sədri Səlim Kriman bəyan edib.

"Biz "Moody's" agentliyindən aldığımız reytinqdən razıyıq və hesab edirik ki bu reytinq bankımızın bu günkü statusunu əks etdirir. Hal-hazırda bankın reytinqini gələn il yaxşılaşdırmaq üçün lazımi şərait mövcuddur. Yerli bank sektorunda öz mövqeyini möhkəmləndirən "Bank Standard" artıq beynəlxalq arenaya fəal şəkildə daxil olmağa başlayıb. İri sindikatlaşdırılmış krediti əldə etdikdən və nizamnamə kapitalının artırılması prosesini uğurla başa çatdırdıqdan sonra biz yaxın gələcəkdə bankın beynəlxalq nüfuzunu daha da artırmağa yönəldilmiş yeni mühüm addımlar atacağıq", - deyə o əlavə edib.

2006-cı ilin yekunlarına görə, "Bank Standard" ölkədə ikinci yeri tutaraq ümumi aktivlər, kreditlər və fərdi depozitlər üzrə müvafiq olaraq 6,7%, 5,7% və 11,3% -lik nəticələr göstərib.

Xəbər lenti

Xəbər lenti