Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Milli Bankı (AMB) ölkədə qeyri-nəğd ödəmələrin aparılması üçün infrastrukturu genişləndirdiyini bəyan edir. AMB-dan verilən məlumata görə, iyulun 1-nə olan xəbərə əsasən, bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 22,8 faiz artaraq 1163-ə çatıb. İl ərzində bankomatların sayı 216 ədəd artıb.
Paytaxtda bankomatların sayı 727 ədəd (onların ümumi sayından 62,5 faiz) təşkil edir. Digərləri isə respublikanın rayon və şəhərlərində quraşdırılıb.
Hesabat dövründə POS-terminalların sayı 3118-dək artıb. 2006-cı ilin analoji dövrü ilə müqayisədə onların sayı 98,1 faiz, yaxud da 1544 ədəd artıb. POS-terminalların böyük hissəsi (2730 ədəd, yaxud da 87,6 faiz) Bakıda, 388 ədəd isə digər şəhər və rayonlarda yerləşir. POS-terminalların sayının müvafiq artımı prezidentin ölkədə qeyri-nəğd dövriyyənin genişləndirilməsi ilə bağlı sərəncamından irəli gəlir. Bu münasibətlə onlar aktiv şəkildə ticarət şəbəkəsində quraşdırılır.