...

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirməyə hazırdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan iqtitsadi inkişaf naziri Heydər Babayev ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya üzrə köməkçisinin müavini Mətyu Brayza ilə görüşündə bəyan edib ki, Azərbaycan ABŞ-la əlaqələrin genişlənməsində maraqlıdır.

ABŞ şirkətlərinin bir sıra layihələrdə, xüsusilə neft-qaz layihələrində fəal iştirak etdiyini vurğulayan cənab H. Babayev bildirib ki, siyasi və iqtisadi sahədə əməkdaşlıq gündən-günə inkişaf edir və Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesində ABŞ Azərbaycanı dəstəkləyən ölkələr sırasındadır.

Babayevin fikrincə, əlverişli investisiya mühitinin formalaşdırılması, xarici investorlara yerli sərmayəçilərə eyni şəraitin yaradılması ölkəmizə investisiya marağının artmasına səbəb olub. Bunun nəticəsidir ki, təkcə 2006-cı ildə ölkə iqtisadiyyatına 7,6 mlrd. ABŞ dolları həcmində, bu ilin 5 ayı ərzində isə 2,6 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Bu və digər qazanılmış uğurlar Azərbaycanı regionda lider dövlətə çevirib.

"Azərbaycanda qazanılan uğurlar və həyata keçirilən islahatlar ABŞ-ın diqqət mərkəzindədir. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində ABŞ hər cür dəstək göstərməyə hazırdır" - deyə Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti