Qazaxıstan, Astana /müx. Trend K.Arınova/ Qazaxıstan və Azərbaycan hökumətləri arasındakı "Beynəlxalq dəniz gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" saziş layihəsi müzakirə mərhələsindədir. Bu barədə Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat-xidmətindən məlumat veriblər.
"Bu sənəd Xəzər dənizi vasitəsilə yük daşımaları qaydalarının tənzimlənməsi və bərə daşımalarının gələcək inkişafı üçün hazırlanıb" - deyə idarənin yaydığı məlumatda vurğulanıb.