...

Koreya sənaye və energetika nazirinin müavini Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ Koreya Respublikası sənaye və energetika nazirinin müavini Li Cey Xun avqustun sonunda Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Koreyanın Azərbaycandakı səfirliyindən verilən məlumatda deyilir. Səfər iki gün davam edəcək. Səfər zamanı nazir müavini Azərbaycanın Sənaye və Energetika və Maliyyə Nazirliklərində görüşlər keçirəcək.

Tərəflər gələcək birgə layihələri və ökələr arasında əməkdaşlığın inkişafını müzakirə edəcəklər.

Avqustun 27-28-də Bakıda 70 nəfərlik Koreya nümayəndə heyərinin iştirakı ilə Azərbaycan - Koreya forumu keçiriləcək. Görüşün əsasında protokol və bir neçə digər sənədlər imzalanacaq.

Xəbər lenti

Xəbər lenti