...

AMB sədrinin müavini: 2007-ci ilin yekunlarına əsasən istehlak inflyasiyası 15 -16 faiz civarında gözlənilir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 16:34 (UTC +04:00)
AMB sədrinin müavini: 2007-ci ilin yekunlarına əsasən istehlak inflyasiyası 15 -16 faiz civarında gözlənilir (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) 2007-ci ilin sonuna kimi baza inflyasiyasının bir rəqəmli səviyyədə qalacağını gözləyir. Milli Bankın idarə heyətinin sədr müavini Avtandil Babayevin cümə günü bildirdiyinə görə, yanvar-iyul nəticələrinə əsasən baza inflyasiyasının göstəricisi 9 faiz səviyyəsində olub.

Lakin istehlak inflyasiyası 15 -16 faiz civarında proqnozlaşdırılır. Bunu qiymət artımının hazırkı tendensiyası da təsdiq edir. Babayev hesab edir ki, 2006-cı ilin iyun-iyul ayları ilə müqayisədə mövsümi amilin inflyasiyanın artımına təsiri daha məqbuldur.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən iyun ayı ilə müqayisədə iyulda istehlak mallarının qiymət artımı 0,1 faiz təşkil edib. Ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq malları isə 0,3 faiz artıb.

Xəbər lenti

Xəbər lenti