...

Gəncədə 15 ticarət müəssisəsi bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Bu yay Gəncədə 15 ticarət müəssəsi sanitar qaydalara riayət etmədiyinə görə bağlanıb. Bu barədə Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin qidalanma bölməsinin müdiri Kamil Hüseynov məlumat verib. "Nazirlər Kabinetinin 2005-ci il 74 saylı əmrinə əsasən hər bir ticarət obyektinin sahibi satış müəssəsinin 5 metlik ərazisini təmiz saxlamalı və o hissəinin təmir-bərpa işləri ilə maraqlanmalıdır. Gəncədə olan 15 ticarət müəssəsi bu əmrə əməl etmədiklərinə görə bağlanılıb", - deyə Hüseynov bildirib.

O həmçinin əlavə edib ki, bağlanan ticarət müəssələri sanitar qaydaları bərpa etdikdən sonra fəaliyyətlərini bərpa edə bilərlər.

Xəbər lenti

Xəbər lenti