...

Avqustun sonunadək "Türkiyə-Azərbaycan qardaşlığı məktəbi"nin inşası başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Avqustun sonunadək Türkiyənin Ərdahan vilayətində "Türkiyə-Azərbaycan qardaşlığı məktəbi"nin tikintisinin yekunlaşdırılacağı planlaşdırılır. Bu, "Palmali" Şirkətlər Qrupunun Azərbaycan və Türkiyədə reallaşdırdığı növbəti humanitar layihələrindən biridir.

Məktəb beynəlxalq standartlar əsasında inşa olunur və ən müasir texnika, avadanlıqla təchiz ediləcək. Burada təkcə qonşu Altaş və Seyitörən kəndlərindən olan şagirdlər deiyl, həmçinin ətraf kəndlərin sakinləri də təhsil ala biləcəklər.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu ilin aprelində Ərdahan vilayətinin ucqar kəndlərinin birində məktəbin inşası ilə bağlı qərar verib. Fundamentin qoyuluşu mərasimində bəyan olunub ki, "Palmali" Şirkətlər Qrupu bununla təmənnasız yardımını bitirməyəcək və mütəmadi olaraq məktəbi dəstəkləmək və şagirdlərə qayğı göstərmək niyyətindədir.

"Palmali" Şirkətlər Qrupunun nümayəndəsi, "Pal Media"nın baş direktoru İbrahim Nəbioğlu qeyd edib ki, məktəbin inşasına dair protokol şirkət, vilayət valisi və Ərdahan vilayətinin təhsil idarəsinin rəhbərliyi arasında imzalanıb.

"Palmali" şirkəti Aralıq, Xəzər və Qara dənizlərdə yük daşımaları sahəsində ixtisaslaşan şirkətdir. Bundan əlavə, şirkət Rusiyanın daxili sularında gerçəkləşdirilən daşımalarda liderdir. Şirkətin donanmasında 120-dən çox gəmi var.

Xəbər lenti

Xəbər lenti