...

İqtisadi İnkişaf Nazirliyində nazirliyin potensialının gücləndirilməsi layihəsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2007 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İqtisadi İnkişaf Nazirliyində "İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasına Texniki yardım" layihəsinin rəhbəri professor Con Viksinlə görüş olub.

Layihə çərçivəsində Azərbaycan iqtisadiyyatının aktual problemləri ilə bağlı 3 iqtisadi siyasət və 2 iqtisadi modelləşdirmə üzrə treninqlər keçirilib. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən 6 müxtəlif mövzuda tədqiqat hesabatları hazırlanıb və onlar www.ier.az . saytınada yerləşdiriləcək.

Görüşdə Ali Bayar layihə çərçivəsində hazırlanması planlaşdırılan ümumi tarazlıq modelini təqdim edib. Bu modelin ilkin variantı cari ilin oktyabr-noyabr aylarında Nazirliyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti