...

Ekspert: "İl ərzində daşınmaz əmlak bazarında alıcılıq kontingenti 40 faiz azalıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2007 12:25 (UTC +04:00)
Ekspert: "İl ərzində daşınmaz əmlak bazarında alıcılıq kontingenti 40 faiz azalıb"

Azərbaycan, Bakı / Trend müx. Ü.İsmayılova/ Bakının daşınmaz əmlak bazarında qiymətlər potensial alıcıların imkanlarını üstələyir, bu isə bazarın fəallığına mənfi təsir göstərir. Bu sözləri cümə günü "Daşınmaz əmlak bazarı iştirakçıları" ictimai təşkilatının icraçı direktoru Nüsrət İbrahimov deyib.

Onun dediyinə görə, bazarın fəallığına həmçinin mövsümi amillər təsir göstərir, onların nəticəsində qiymətlər dondurulur. Monitorinqin yekunlarına əsasən, Bakının daşınmaz əmlak bazarında iyulda orta qiymətlərin 1,5 faizlik artımı müşahidə olunub. Bu, əsasən torpaq və kommersiya obyektləri bazarına aiddir. Yaşayış mənzilləri bazarında isə nisbi sabitlik müşahidə olunur.

İyulda Bakıda təkrar daşınmaz əmlak bazarında orta qiymət bir kv.m üçün $1255 səviyyəsində olub. Yeni tikililər bazarında isə müvafiq rəqəm $1026 təşkil edib.

İbrahimovun hesablamalarına əsasən, ötən ilin iyulu ilə müqayisədə bu ilin iyulunda alıcılıq kontingenti 40 faiz azalıb.

Qurumun monitorinqinin nəticələrinə əsasən, iyunda Bakının daşınmaz əmlak bazarında qiymətlərin azalması, iyulda isə sabitlik müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti