...

Türkiyə tərəfi viza məsələsində Azərbaycandan cavab tədbiri gözləyir: Türkiyənin Azərbaycandakı səfirliyirin ticarət nümayəndəsi ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 16:38 (UTC +04:00)
Türkiyə tərəfi viza məsələsində Azərbaycandan cavab tədbiri gözləyir: Türkiyənin Azərbaycandakı səfirliyirin ticarət nümayəndəsi ilə müsahibə

Azərbaycan, Bakı / Trend , müxbir A.Məmmədova/ Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Nümayəndəliyinin rəhbəri Osman Özcanla müsahibə.

- Azərbaycan vətəndaşları bu yaxınlarda Türkiyəyə vizasız giriş imkanı əldə edib. Türkiyə tərəfi Azərbaycan qarşısında Türkiyə vətəndaşları üçün viza rejiminin təxirə salınması deyil, onun sadələşdirilməsi məsələsini qaldırmaq niyyətindədirmi?

- Bizim belə bir niyyətimiz var. Hava limanında viza alamaq Türkiyə vətəndaşlarına asan başa gəlir, onlar buna yarım saatdan çox vaxt sərf etmirlər. Daha çox problemlə Azərbaycana yük daşınması həyata keçirən türkiyəli sürücülər qarşılaşırlar. Onların Astarada (Azərbaycan-İran sərhədində - qeyd Trend ) və ya "Qırmızı Körpü"də (Azərbyacan-Gürcüstan sərhədində - qeyd Trend ) viza almaq şansları yoxdur, viza əldə etmək məqsədilə Türkiyədə əvvəlcədən müraciət etmək lazım gəlir ki, bu da öz növbəsində əlavə texniki çətinliklər yaradır. Türkiyə tərəfi Azərbaycan tərəfi ilə viza məsələsini həll etməkdə çoxdan maraqlıdır. Hazırda Türkiyə tərəfi məsələni birtərəfli şəkildə həll edib və indi Azərbyacanlı həmkarlarından eyni addımı atacağını gözləmək hüququ var.

- Bu məsələnin Azərbaycanlı həmkarlarla müzakirəyə nə vaxt çıxarılacağı gözlənilir?

-Türkiyənin Azərbaycandakı diplomatik missiyasının hazırkı rəhbəri Hüseyn Avni Karslıoğlu vəzifəsinin icrasına demək olar ki, bu yaxınlarda, ilin əvvəlində başlayıb. Onun vədlərindən biri Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza məsələsinin həlli olub. Belə bir misal gətirim, hazırda Azərbaycana gələn Türkiyə biznesmenlərinə viza yalnız bir illik müddət üçün verilir. Demək olmaz ki, biznesmenlərin viza alması zamanı hər hansı bir problem meydana çıxır. Lakin razılaşmaq lazımdır ki, Türkiyə biznesmenlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı və milyon dollarla hesablanan sərmayələrini nəzərə alsaq bu müddət o qədər də böyük deyil. Vizanın alınması zamanı kiçik bir ləngimə vaxtın itirilməsi deməkdir və nəticədə Azərbaycanda çalışan sərmayədar üçün böyük narahatlıq yarada bilər.

- Türkiyəli biznesmenlər viza üçün nə qədər ödəməli olurlar?

- Məndə dəqiq məlumat yoxdur, ona görə də bu rəqəmin təxminən 250 dollar olduğunu deyə bilərəm. Yenə də deyirəm, bu gün vizanın alınması ilə bağlı heç bir problem yoxdur. Pulunu ödəyirsən, vizanı alırsan. Bu daha psixoloji və mənəvi faktordur. Misal üçün yenə yükdaşınması həyata keçirən sürücülərə qayıdıram. Onların Türkiyədə viza ala bilmədikləri təqdirdə sərhəddə xeyli vaxt itirmiş olurlar, hələ xərcləri demirəm. Bu da əlbəttə ki, onların işində əksini tapacaq.

- Azərbaycan vətəndaşları üçün vizanın ləğvi Azərbaycan-Türkiyə ticarət -iqtisadi əlaqələrinin inkişafına təsir göstərəcəkmi?

- Əlbəttə də ki, müsbət təsir göstərəcək. Azərbaycan vətəndaşları Türkiyəyə və müvafiq olaraq Türkiyə vətəndaşları Azərbaycana nə qədər çox səfər etsələr bir o qədər də siyasi, işgüzar, mədəni və s. əlaqələr yaranar.

-Siz dəfələrlə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcminin artmasının mühümlüyünü qeyd etmisiniz, hətta hədəf rəqəmin 1 mlrd. dollar olduğunu göstərmisiniz. Bu səviyyəyə nail olmaq mümkün olubmu?

- Mən hazırda Azərbaycan və Türkiyə arasında bu ilin 5 ayı ərzində həyata keçirlən ticarət dövriyyəsinin məbləği barədə məlumata malikəm. Bu məlumatlara əsasən, Türkiyədən Azərbaycana ixrac ötən ilin 5 ayı ilə müqayisədə 60% artıb, Azərbaycandan Türkiyəyə ixrac isə 75% artıb. Bu rəqəmlərdə özünü aşağıdakı şəkildə əksini tapıb. Əgər ötən ilin 5 ayı ərzində Türkiyədən Azərbaycana ixrac 122 mln. dollar təşkil edibsə, yanvar-may aylarında bu göstərici 196 mln. dollara qədər artıb, Azərbaycandan Türkiyəyə ixrac isə müvafiq olaraq 137-138 mln. dollardan 241 mln. dollara qədər artıb.

Beləliklə, həm Azərbaycan, həm də Türkiyə üzrə göstəricilərin artdığının şahidi oluruq. Türkiyə Rusiya və İtaliyadan sonra Azərbaycanın fəal ticarət tərəfdaşları siyahısında ikinci yeri tutur. Lakin Azərbaycanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsinə görə Türkiyə üçüncü yeri tutur. Bu bizim ölkələr arasında ticarət-iqtisadi əlaqələrinin intensivliyindən xəbər verir.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinə gədikdə mən Azərbaycan tərəfinin rəqəmlərinə istinad etdim, Türkiyə tərəfinin rəqəmlərinə gəldikdə isə biz nəzərdə tutulan rəqəmə nail olmuşuq, 1 mlrd. dollar. Məsələ orasındadır ki, Azərbaycan və Türkiyə tərəfinin göstəriciləri arasında bəzi fərqlər mövcuddur.

Xəbər lenti

Xəbər lenti