...

"British Airways"in françayzinq tərəfdaşı Azərbaycanda fəaliyyətini dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Bu gündən "British Airways"in françayzinq tərəfdaşı "British Mediterranean" Azərbaycanda (BMED) öz fəaliyyətini dayandırır.

"British Mediterranean"nın Bakı nümayəndəliyindən verilən məlumata, şirkət müflis olub və digər ingilis aviaşirkəti olan British Midland LTD BMI tərəfindən alınıb.

Şirkət Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərib.

"British Midland" BMED-in ofisində yerləşəcək" - deyə şirkətdən bildiriblər.

"British Midland" LTD Böyük Britaniyanın ikinci böyük aviaşirkəti hesab olunur. Şirkət həftə ərzində təxminən 2 min uçuş həyata keçirir.

Xəbər lenti

Xəbər lenti