...

Rusiyalı politoloq: "Yaxın zamanlarda ABŞ dollarını fəlakət gözləmir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2007 15:52 (UTC +04:00)
Rusiyalı politoloq: "Yaxın zamanlarda ABŞ dollarını fəlakət gözləmir"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Yaxın zamanlarda Amerika dollarını fəlakəti gözləmir. Bu fikri Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev bildirib.

"Dollar-şişirdilmiş valyutadır, çoxdandır heç bir real mahiyyətə malik deyil. Bununla belə, bütün dünya üçün lazımlıdır. Buna görə də dolların məzənnəsinin qəti olaraq düşməsi gözlənilmir" - deyə çərşənbə axşamı telefonla Mürsəliyev vurğulayıb.

Moskva Beynəlxalq Valyuta Birjasında (MBVB) Amerika dollarının rus rubluna nisbətdə ucuzlaşması qeyd edilir.

Bu inkişaf, ABŞ dollarının avroya nisbətdə mövqeyini itirməsi Beynəlxalq birjalardakı vəziyyətlə izah edilir.

Hazırda Avropa və Amerika valyutaları arasında nisbət 1 avro : 1,3622 dollardır.

Qısa müddət ərzində dünya bazarında Avropa valyutası ABŞ dollarına nisbətdə 0,04 faiz möhkəmlənib.

Politoloqun fikrincə, nə qədər ki, Amerika bazarı dünya iqtisadiyyatı üçün vacibdir, dollar himayə olunacaq.

"Bu yaxınlarda dünya birjasındakı böhranlı vəziyyət göstərdi ki, praktiki olaraq bütün banklar, həm Asiya, həm də Avropa bankları, həmçinin Rusiya Mərkəzi Bankı dolların kursunu saxlamaq və sabitləşdirmək üçün birjalara müdaxilə etməyə başladılar.

"Görünür ki, gec-tez, hadisələrin bu cür inkişafı ilə dünya dollara alternativ axtarmağa başlayacaq" - deyə Mursəliyev söyləyib.

Onun sözlərinə görə, hər hansı bir proqnoz vermək çətindir. Belə ki, vəziyyət bir çox amillərdən asılı ola bilər.

"Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa, əlbəttə ki, dollar möhkəmlənəcək, stabilləşəcək və neftin qiyməti daha da yüksək olacaq" - deyə Mürsəliyev əlavə edib.

O həmçinin qeyd edib ki, dollar Amerika federal ehtiyat sisteminin hər hansı bir fəaliyyəti hesabına da stabilləşə bilər.

"Dolların məzənnəsinin stabilləşməsi 3 şeydən: federal ehtiyat sistemi siyasətindən, ABŞ-da iqtisadi vəziyyətdən və neftin qiymətindən asılıdır. Bu 3 şüurlu uyğunlaşma əsasında dollar stabilləşə bilər" - deyə politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti