...

Rusiya PALMALİ şirəktinin sifarişi ilə yeni tanker quraşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / PALMALİ şirkətinin Bakı ofisinin mətbuat xidmətinin məlumatında bildirilir ki, sentyabrın 9-da Nijniy Novqorod şəhərinin "Krasnoe Sormovo" gəmiqayırma zavodunda

PALMALİ Şirkətlər Qrupunun sifarişi ilə inşa edilən növbəti tankerin suya salınma mərasimi keçiriləcək.

Gəminin dedveyti 13 500 ton, yükqaldırma qabiliyyəti isə 13 000 tondur. Uzunluğu 149.9 metr, eni 17.3 metr, göyərtəsinin hündürlüyü 10.5 metr, su altinda qalan hissəsi 7.14 metrdir. Gəmi heyəti 30 nəfərdən ibarətdir.

Neft məhsullarının daşınması üçün nəzərdə tutulan tanker Baltik, Qara və Aralıq dənizlərində üzəcək.

PALMALİ Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmaları həyata keçirir.

Bununla yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşımaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir.

PALMALİ əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft, ərzaq və sənaye yağlarının daşfnması sahəsində ixtisaslaşıb.

Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti