Azərbaycan, Balakən / Trend müx. E.Quliyev/ Kənd təsərrüfatının nadir möcüzələrindən biri sayılan ağ camışın qonşu respublikalara satılması təhlükəsi var. Balakən rayonunun Şərif kənd sakini Ibrahim Horcolovun sözlərinə görə, 8 il qulluq etdiyi ağ camışa görə Gürcüstan və Dağıstandan dəfələrlə yüksək məbləğdə pul təklif olunub. Lakin Kənd Təsərrüfatı Nazirliyi bu nadir təbiət möcüzəsinin qorunmasının ve sayının artırılmasının zəruriliyini vacib bilib.
Horcolov bildirib ki, camış gündüzlər görmədiyindən saxlanılması bir qədər çətindir. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsə də, hec bir kömək görməyib və bu üzdən də ağ camışı satmaq məcburiyyətində qalıb.
Balakən Rayon Icra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Şərifov isə hesab edir ki, Horcolov ağ camışa baxmaq ucun lazımi şəraitə malikdir.Balakən rayonu respublikanın şimal-qərbində, paytaxtdan 435 km aralıqda yerləşir.