...

"Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin işi bərpa edilib

Energetika Materials 1 Oktyabr 2007 15:24 (UTC +04:00)
"Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin işi bərpa edilib

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Bazar ertəsi "BP Azərbaycan"dan verilən məlumata görə, şirkət şənbə günü axşam saatlarında "Bakı-Tbilisi-Cehyan" kəməri ilə neft ixracını bərpa edib. "Azəri" və "Çıraq" yataqlarında neft hasilatı tədricən artmaqdadır, hazırda hasilat BTC-nin sentyabrın 28-də dayandırılmasından sonra gün ərzində 60 min barrel göstəricisi ilə müqayisədə 248,4 min barrel təşkil edir.

Hazırda "Mərkəzi Azəri" platformasından sutkada 46,9 min barrel, "Şərqi Azəri" yatağından 40,3 min barrel, "Qərbi Azəri"dən 65,9 min barrel, "Çıraq-1" yatağından 98,3 min barrel neft hasil edilir. BTC-nin işinin dayandırılmasına qədər yataqdan neftin hasilatının maksimal həcmi 700-730 min barrel təşkil edib.

Azərbaycan neftinin BTC ilə ixracı kəmərin Türkiyənin Qars şəhəri yaxınlığında yerləşən nasos stansiyasında baş verən problemlə əlaqədar olub.

"BP Azərbaycan" "Azəri-Çıraq-Günəşli" yatağının və BTC-nin genişmiqyaslı işlənməsi layihəsinin operatordur. BTC ilə "Azəri", "Çıraq", "Günəşli" yatağından hasil olunan neft ixrac olunur. Kəmərin gücü il ərzində 50 mln. ton neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti