...

Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyada neft emalı kompleksində iştirakını nəzərdən keçirir

Energetika Materials 15 Oktyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyada neft emalı kompleksində iştirakının mümkünlüyünü nəzərdən keçirir. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

Əgər bu layihə məqsədəuyğun hesab olunarsa, ARDNŞ böyük investisya proqramı həyata keçirmək niyyətindədir. Abdullayev bildirib ki, neft emalı kompleksi ilə bağlı qərar qəbul olunacağı təqdirdə, hazırlanacaq neft məhsullarının ARDNŞ-nin öz yanacaqdoldurma məntəqələrindən satılması kimi bir sistemin təşkil olunması müzakirə oluna bilər.

Xəbər lenti

Xəbər lenti