...

Azərbaycanın regionunda yeni elektrik stansiyası tikiləcək

Energetika Materials 19 Oktyabr 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti növbəti il ərzində Azərbaycanın Quba rayonunda 105 MVt gücündə yeni elektrik stansiyası tikəcək. Bu barədə cümə günü "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Finlandiyanın Wartsila şirkətinin istehsalı olacaq modul tipli elektrik stansiyası, hər biri 8,7 MVt gücündə olan 12 enerji blokundan ibarət olacaq. Azərbaycanda bu tipli cəmi 5 stansiya tikilib.Pirverdiyev söyləyib ki, yeni stansiya qış idman növlərinin inkişaf etdiriləcəyi Şimal rayonlarının enerji təchizatı üçün nəzərdə tutulub. Orada yeni dağ xizəkçiliyi kurortunun yaradılması nəzərdə tutulur.

Bu regionun enerji təchizatı üçün 100 kilovoltluq yarımstansiya tikiləcək və elektrik xətləri çəkiləcək.

Xəbər lenti

Xəbər lenti