...

Azərbaycanın yüngül neftinin qiyməti azalıb

Energetika Materials 22 Oktyabr 2007 20:56 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir V.Şərifov/ AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 19-da $84,84/barr təşkil edib, bu da əvvəlki qiymətdən $0,29/barr aşığıdır. Bu barədə məlumatı bazar ertəsi ARDNŞ-dən veriblər.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 19-da $82,36/barr təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,38barr aşağıdır.

.Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 19-da $79,50/barr təşkil edib, bu da əvvəlki qiymətdən $0,49/barr aşağıdır..

Oktyabrın 19-da Brent Dated neftinin qiyməti $84,33/barr təşkil edib, bu da əvvəlki qiymətdən $0,76/barr aşağıdır.

Xəbər lenti

Xəbər lenti