...

AYM-yə soyğuncuların basqını nəticəsində zərər çəkən əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir

Energetika Materials 31 Oktyabr 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ Lukoyl-Azərbaycan QTSC-yə məxsus Bakı avtomobil yanacaqdoldurma məntəqəsinə (AYM) soyğuncuların basqın etməsi nəticəsində zərər çəkən məntəqə işçisi Quliyev Samir Rəsul oğlu əməliyyat olnub, onun vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda Samir Quliyev Bakı şəhərində Əfəndiyev adına 5 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir.

Naməlum maskalı şəxslər Bakının Nizami rayon H.Əliyev prospektində yerləşən AYM-yə oktyabrın 30-dan 31-nə keçən gecə silahlı basqın ediblər. Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü bölməsindən bildiriblər ki, soyğunçular yanacaqdoldurma məntəqəsinin işçilərindən birinə ciddi bədən xəsarəti yetiriblər və özləri ilə böyük həcmdə pul aparıblar. Basqınçıların şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb. Onların ələ keçirilməsi üçün operativ-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti