...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 20 Noyabr 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 19-də qiyməti 1 barel üçün 92,05 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 0,2 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 19-da qiyməti 1 barel üçün 90,88 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,14 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 19-da URAL neftinin qiyməti 1 barel üçün 88,5 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,12 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 19-da qiyməti 1 barel üçün 91,69 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,16 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti