...

Bu gün Bakının bir neçə rayonunda elektrik enerjisinin ötürülməsində fasilələr yaranacaq

Energetika Materials 21 Noyabr 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Bu gün saat 17:00-dək Bakının Yasamal, Nərimanov və Nəsimi rayonlarının paylayıcı şəbəkələrində yenidənqurma işlərinin aparılması ilə əlaqədar enerji ötürülməsində fasilələr müşahidə olunacaq. Bu barədə "Bakıelektrikşəbəkə" ASC-nin məlumatında bildirilir (Bakının paylayıcı şəbəkəsini idarə edir).

ASC-dən bildiriblər ki, yenidənqurma işləri qış mövsümünə hazırlıq, həmçinin köhnəlmiş şəbəkələrin bərpa olunması və yarımstansiyaların yenidən qurulması məqsədi ilə aparılır.

Xəbər lenti

Xəbər lenti