...

Sanqaçal modul elektrostansiyasında üç generatorun quraşdırılmasına başlanılıb

Energetika Materials 27 Noyabr 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, "Azərenerji" Səhmdar Cəmiyyəti fin şirkəti "Wartsila"nın istehsalı olan üç generatorun Sanqaçal modul elektorstansiyasında quraşdırılmasına başlayıb. Generatorları ilin sonuna qədər istismara buraxmaq güman edilir. Digər bloklar növbəti ildə qurulacaq. Bu layihə üzrə tikinti işləri fin şirkəti "Wartsila" ilə birgə aparılacaq. "Azərenerji" və "Wartsila" 300 Mvt gücündə yeni modul elektrostansiyanın tikintisinə dair müqavilə imzalayıblar. Həmçinin, tikinti işlərində İsveç-İsveçrə şirkəti AVV də iştirak edəcək. Tikintinin yekunlaşdırılması 2008-ci ilin noyabrına nəzərdə tutulub. "Wartsila" fin şirkəti Sanqaçaldakı modul elektrostansiyasının qazdan mazuta və əksinə qoşulması prosesini sürətləndirəcək yeni texnologiya təklif edib. Əvvəllər şirkət 24 saat ərzində keçirilməni təklif edirdi. Hazırda bu müddət yarım saata endirilib. Sanqaçal rayonunda yeni enerji regenerasiya edən qüvvələrin tikilməsi Abşeron yarımadasını fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti