Azərbaycan, Bakı / Trend , V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dekabrda Novorossiysk limanından 600 min barrel (83 min tona yaxın) neftin yüklənməsinə dair tenderi qapalı elan edib. Şənbə günü ARDNŞ-dən verilən məlumata görə, tenderin qalibi Arcadia treyderi olub.
Neft partiyasının yüklənməsi dekabrın 29-30-da olacaq.
ARDNŞ-nin neftini 2007-ci ildə Novorossiysk limanından bu şirkətlər alıb:
Glencore Energy UK Ltd - fevral (450 min. barrel);
REOC Ltd - mart (450 min. barrel);
Glencore Energy UK Ltd - aprel (450 min. barrel);
Sunoil SA - may (450 min. barrel);
Oil Refineries LTD - iyun (1,2 mln. barrel);
Oil Refineries LTD - iyul (1,2 min. barrel);
Glencore - avqust - (1,2 mln. barrel);
Glencore - sentyabr (605 min. barrel).
Arcadia - dekabr - (600 min. barrel).