...

Azərbaycan neftinin qiyməti: 26-30 noyabr həftəsinin xülasəsi

Energetika Materials 3 Dekabr 2007 14:38 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 26-30 noyabr həftəsinin xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend A. Bədəlova/26-30 noyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $92,35/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,02/barr çoxdur.

26-30 noyabr həftəsindəAZERI LT neftinin maksimal qiyməti $95,38/barr, minimal qiyməti isə $88,78/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

26-30 noyabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $87,1/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,1/barr çoxdur.

26-30 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $90,75/barr, minimal qiymət isə $82,66/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

26-30 noyabr həftəsindəBrent Dated neftinin orta qiyməti $92,18/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $7,96/barr çoxdur. Maksimal qiyməti $95,18/barr, minimal qiymət isə $88,5/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti